Training image

Data Governance

Data Governance təlimi, biznes və dövlət müəsisələrinin data aktivlərini səmərəli idarə etmələri üçün zəruri olan əsas prinsiplər, alətlər və proseslərin tədrisini əhatə edir. Bu təlimdə siz datanın strateji dəyərini anlamaq, biznes terminologiyasını standartlaşdırmaq və data keyfiyyətini təmin etmək üçün metodologiyaları öyrənəcəksiniz. Metadata idarəetməsi, data lineage, provenance, kataloqlaşdırma və biznes lüğətinin hazırlanması kimi mövzularla yanaşı, bu prosesi həyata keçirən əsas rol və məsuliyyətlər, onların bilik və bacarıq cəhətdən uyğunluq tələbləri kimi hissələr də əhatə olunur. Praktiki tapşırıqlar və real sənaye nümunələri vasitəsilə Data Governance alətlərini (Collibra, Informatica, OpenMetadata) mənimsəyərək, şirkətinizdə data governance standartları yaratmağı bacaracaqsınız. Nəticədə, qərarvermə proseslərini daha etibarlı və şəffaf hala gətirmək üçün data idarəçiliyi bacarıqlarızı təkmilləşdirəcəksiniz.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Müasir dövrdə data hər bir təşkilatın ən kritik aktivinə çevrilib. Bütün növ biznes qərarlarında keyfiyyətli və idarəolunan data əsas tələbdir. Bu təlimdə siz məlumatın həyat dövrünü - yaranmasından analitikaya qədər necə idarə edilməsi lazım olduğunu öyrənəcəksiniz. Metadata standartları (Biznes Glossary və Data Dictionary), məlumatın izlənməsi (Data Lineage), keyfiyyət metrikalarının tətbiqi (Accuracy, Completeness), habelə Collibra, Informatica kimi lider alətlərin istifadəsi daxildir. Həmçinin, keyzlər ilə data siysətinin hazırlanması, Data Steward rolunun funksiyaları və şöbələr arası işbirliyi mexanizmləri praktiki şəkildə tədris ediləcək. Təlimdən sonra siz vahid biznes data lüğətini yarada bilərək təşkilat daxilində tətbiq etməyi öyrənəcəksiniz. Eyni zamanda Data keyfiyyəti qaydaları, monitorinq hesabatları, açıq mənbəli və ya digər kommersial alətləri təyin edərək Compliance, GDPR, HIPAA kimi standartlara uyğunluğu idarə edə biləcəksiniz.

Bu təlim kimlər üçündür?

  • Data Analitiklər, Data Elmləri üzrə mütəxəssislər – Daha təşkilatlı və keyfiyyətli məlumatla işləmək üçün
  • IT mütəxəssisləri və Data Mühəndisləri – Metadata, data kataloqu və lineage idarəçiliyini mənimsəmək üçün
  • Biznes Analitiklər və Biznes Menecerlər – Data əsaslı qərarların etibarlılığını artırmaq üçün
  • Risk və Uyğunluq (Compliance) komandaları – GDPR, HIPAA kimi qanunlara uyğun data idarəçiliyi üçün
  • Data Sahibləri və İdarəçilər – Məlumat strategiyasını formalaşdırmaq və tətbiq etmək üçün
  • Data Steward və Data Governance komandaları – Data keyfiyyəti və siyasətlərinin təminatı üçün
  • Sistem Arxivlər və Data ilə işləyən hər kəs – Məlumatın tam dəyərini anlamaq və idarə etmək üçün

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Governance Specialist və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Data Governance öyrənməyə başla!

Dərs

Data Governance Tutorial

Təlimçi

The Career Force

Məlumat

Bu videoda Data Governance haqqında məlumat verilir və nə olduğu ümumi olaraq izah edilir. Video The Career Force tərəfindəndir.

Sillabus

Sessiya 1

Məlumatın təşkilatlar üçün strateji dəyəri
Data Governance anlayışı və əsas prinsipləri
Biznesə faydaları: qərarların keyfiyyəti, effektivlik, uyğunluq
Pis idarəetmənin nəticələri: səhv məlumatlar, pozuntular

Case Study 1

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 2

Business Glossary
Terminlərin standartlaşdırılması və biznes baxışla izahı
Glossary strukturu: Term, Definition, Owner, Domain
Versiya nəzarəti və təsdiq axını
Workshop: Glossary qurulması (Axon / Excel)

Case Study 2

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 3

Data Dictionary

Texniki metadata: data tip, ölçü, nullability, key-lər

Dictionary ilə Glossary arasındakı fərq

Metadata çıxarışı (SQL, ETL)

Hands-on: Dictionary hazırlamaq

Case Study 3

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 4

Data Kataloq nədir, nə üçün vacibdir?

Metadata discovery və təsnifat

Semantic layer və axtarış imkanları

Demo: OpenMetadata, Alation, Purview

Case Study 4

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 5

Data Lineage növləri: table, column, end-to-end

Source-target mapping və dəyişiklik təsiri

Diagramların oxunması və istifadəsi

Workshop: ETL üzərində lineage qurulması

Case Study 5

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 6

Data Keyfiyyəti meyarları: Accuracy, Completeness, Consistency, Timeliness, Validity

Profiling və validation qaydaları

Monitorinq və rule engine istifadəsi

Tools: Informatica DQ, Talend DQ, OpenRefine

Case Study 6

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 7

DQ ölçüləri təkrar və ətraflı baxış

Data Profiling: NULL, təkrarlanma, pattern

Data Cleansing Tools: deduplication, standardization

Root Cause Analysis (RCA):

Sistemdaxili uyğunsuzluqlar, İnsan xətaları və giriş səhvləri

Data integration səhvləri

Case Study 7

Data capture, transformation, transfer prosesləri

Sessiya 8

Ən məşhur alətlər:

Informatica (Axon, EDC, DQ)

Collibra, Alation, Microsoft Purview

Open-source: OpenMetadata, DataHub, Amundsen

Funksiya müqayisəsi və canlı demo

Case Study 8

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 9

Data Policy və Stewardship strukturu

Workflow-lar: glossary approval, DQ issue, lineage update

KPI-lar və maturity modeli

Audit və Change Management

Case Study 9

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 10

Data Owner – Strategiya və qərar

Data Steward – DQ və glossary

Data Architect – Struktur və inteqrasiya

Analyst – Təhlil və dəyər çıxarışı

Komanda qurulması: bacarıqlar və təcrübə

Governance Council və departamentlərarası işbirliyi

Case Study 10

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Sessiya 11

Glossary + Dictionary yarat

Metadata extract → catalogla

ETL üzərində lineage və DQ rule tətbiqi

Governance Portal və Report Layout dizaynı

Real-life use case (məs: bank, dövlət, retail sektoru)

Case Study 11

Özəl və dövlət sektoru üçün tətbiq nümunələri (real sektordan)

Təlimçilər

Trainer

Bəhruz Qasımov

MƏLUMATLARIN KEYFİYYƏTİ VƏ TƏMİNATININ İDARƏ EDİLMƏSİ ÜZRƏ EKSPERT, PASHA BANK

Peşəkar təlimçimiz Bəhruz Qasımov hal-hazırda “Paşa Bank”da “Məlumatların keyfiyyəti və təminatının idarə edilməsi üzrə ekspert” olaraq çalışır. Həmçinin, TuranBank ASC, Yapı Kredi Bank Azərbaycan, Unibank kimi şirkətlərində data sahəsində çalışıb və 14 ildən artıq professional iş təcrübəsinə malikdir.

Sessiyalar

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Machine Learning Bootcamp

Machine Learning with Python
Artificial Intelligence

Data Analitika Bootcamp

Business Intelligence
Statistical Analysis & Data Science

Data Engineering Bootcamp

Data Engineering
Big Data
0 AZN