Training image

Data Science üçün SQL

Təlim ərzində SQL vasitəsilə məlumatı bazadan çəkmək üçün sorğu yazmağı, filtr etməyi, formatını dəyişməyi, bir neçə mənbədən vahid mənbə kimi istifadə etməyi və databaza üzərində digər əməliyyatları çox sadə və praktiki şəkildə öyrənəcəksiniz. Bu da sizə məlumatlar üzərində hesablamalar aparmağa, gündəlik, həftəlik, aylıq hesabat və analizlərin hazırlanması prosesini optimallaşdırmağa kömək edəcək. Təlim daha əvvəl heç bir proqramlaşdırma təcrübəsi olmayan insanların belə rahatlıqla anlayacağı formada hazırlanıb.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

1 June , 2024
10:00

Ofisdaxili təlimlər

1 Junel , 2024
10:00

Onlayn Avropa

1 Junel , 2024
10:00

Onlayn Amerika

1 Junel , 2024
10:00
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Əksər müəssisələrdə iri həcmli məlumatlar üzərində əməliyyatlar aparmaq üçün Excel kimi proqramlardan istifadə olunur ki, bu da bir çox hallarda xeyli vaxt alır və bəzən isə proqramın bu əməliyyatları yerinə yetirməyə sadəcə olaraq gücü çatmır. Kursun məqsədi bu kimi vaxt alan proseslərin bu iş üçün daha uyğun olan SQL vasitəsilə daha effektiv və daha az vaxt ərzində həyata keçirilməsini təmin etməkdir. Təlim nəticəsində SQL-i istifadə etməklə siz hesabatları hazırlamaq, lazımi məlumatı görüntüləmək, bazadan çəkmək, qeydləri əlavə etmək, silmək, redaktə etmək bacarıqlarını qazanacaqsınız. Bu təlim, iştirakçılara mürəkkəb biznes hesabatlarının nəticələrini dəyişməyə, hesabatları yekunlaşdırmaq üçün məlumatları idarə etməyə və eyni zamanda yeni data modelini qurmağa kömək edəcəkdir.

Bu təlim kimlər üçündür?

· Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analitikasını öyrənən və bu sahəyə marağı olanlar;

· Mürəkkəb biznes məsələlərinə cavab axtaran və hesabat hazırlayanlar;

· Biznes sahibləri, şirkəti daha yaxşı anlamaq istəyən satış və ya marketinq üzrə çalışanlar;

· Data, cədvəllər və ya databaza ilə işləyənlər;

· Big Data və data analitikasının fundamental biliklərini öyrənmək istəyənlər;

· Microsoftun databazasından istifadə edən təşkilatlar;

· Marketinq, maliyyə, mühasibatlıq, əməliyyatar, satış, istehsal, tibb, maliyyə və ya digər istənilən sənaye sahəsində işləyən mütəxəssislər;

· Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs;

· Data Science karyerası qurmaq istəyən hər kəs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

SQL Təlimi

Dərs

Yeni başlayanlar üçün bütöv Verilənlər Bazası kursu

Təlimçi

freeCodeCamp.org

Məlumat

Bu kursda MySQL RDBMS istifadə edərək verilənlər bazası idarəetmə əsaslarına və SQL-yə baxacağıq. Kurs yeni başlayanlar üçün SQL və verilənlər bazası idarəetmə sistemləri üçün hazırlanmışdır və ümumi verilənlər bazası idarəetmə mövzularını təqdim edəcəkdir. Kurs boyu şema dizaynı, əsas C.R.U.D əməliyyatları, toplama, iç içə sorğular, birləşmələr, açarlar və daha çoxunu əhatə edən müxtəlif mövzuları nəzərdən keçirəcəyik.

Sillabus

Sessiya 1

- Vərilən nədir? Relyasiyali verilənlər bazası nədir?

- SQL nədir və niyə öyrənməliyik?

- SQL Data tipləri;

- SQL əməliyyatları (DDL, DML , DCL , TCL);

- Datanın verilənlər bazasından seçilməsi və filtr edilməsi (SELECT, FROM, WHERE, TOP, DISTINCT, =, LIKE, BETWEEN, AND, OR, ORDER BY).

Case study

- “Insan Resursları” data bazasında verilənlərin filtr edilməsi.

Sessiya 2

- NULL anlayışı və NULL-larla davranış;

- “Datatype”-ların konvertasiyası. Müqayisə Funksiyaları;

- Tək sətir funksiyalarının tətbiq olunması (Substr, Nvl, Decode, Case və s.);

- Riyazi əməliyyatlar və funksiyalar (Sum,Count və s.);

- Group by və Having-in tətbiqi.

Case study

- Real biznes databazasında məlumatların aqreqatlaşdırılması və sıralanması.

Sessiya 3

- Eyni anda bir neçə cədvəldən məlumat çıxarılması, JOIN operatoru (JOIN, LEFT JOIN, RIGHT JOIN, CROSS JOIN, FULL JOIN);

- Set Operatorları - müxtəlif sorğuların nəticələrinin bir nəticədə birləşdirilməsi;

- Alt sorğular - iç-içə select sorğularının işlədilməsi.

Case study

- “İnsan Resursları” verilənlər bazasındakı cədvəllərin birləşdirilməsi.

Sessiya 4

- SQL-də Constraintlər və onların tətbiqi;

- DDL (Verilənlərin Təyin Olunması) və DML (Verilənlərin Emal Edilməsi) əməliyyatları;

- Analitik funksiyalarla (lead, lag və s.) tanışlıq və onlardan istifadə.

Case study

- Maliyyə databazasında məlumatların analizi və geri alınması.

Təlimçilər

Trainer

Bəhruz Qasımov

Məlumatların keyfiyyəti və təminatının idarə edilməsi, Paşa Bank

TuranBank ASC, Yapı Kredi Bank Azərbaycan, Unibank kimi şirkətlərində data sahəsində çalışıb və 14 ildən artıq professsional iş təcrübəsinə malikdir.
 

PL/SQL,My SQL, Microsoft SQL Server, Oracle BI, Oracle Data Integrator, SQL Server Reporting Services (SSRS), Oracle Database Administration, DataGovernance üzrə geniş nəzəri və praktiki biliklərə sahibdir. Əlavə olaraq Oracle Database SQL Expert, Cobit5 Foundation, ITIL Foundation for IT Service Management və Oracle Database SQL Expert sertifikatlarından ibarət geniş portfoliosu var.

Sessiyalar

Sentyabr Sessiyası

7 Oktyabr 2023
250 AZN 238 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN