Training image

Excel ilə Data Analitikası Təlimi

“Excel ilə data analitikası” təlimi ilkin və orta səviyyəli Excel istifadəçiləri, Exceldən mütəmadi istifadə edən işgüzar mütəxəssislər və biznes işçiləri üçün analitika dünyasına başlanğıc məqsədilə dizayn olunub. Bu məqsədlə sizə Microsoft Exceldən istifadə etməklə ilkin analitik anlayışlar və tətbiqi biliklər vasitəsilə datanı necə idarə etmək və data əsaslı qərarlar vermək öyrədiləcək.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

2 March , 2024
09:00

Ofisdaxili təlimlər

2 March , 2024
09:00

Onlayn Avropa

2 March , 2024
09:00 (GMT+4)

Onlayn Amerika

2 March , 2024
09:00 (GMT+4)
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Bu təlimdə siz, Excelin ən çox istifadə olunan xüsusiyyətlərini tətbiq etməklə datanın necə analiz olunmasını öyrənəcək, Pivot cədvəllərlə asan, cəld və daha ətraflı təhlil edərək datadan mənalı nəticələr əldə edə biləcəksiniz. İşlədiyiniz sahədən (marketinq, satış, maliyyə, İR və ya digər) asılı olmayaraq Excel vasitəsilə sadə cədvəllərdən mürəkkəb və dinamik daşbordlara kimi datanızı vizuallaşdıra və müxtəlif modellər (məs. satış proqnozu) qura biləcəksiniz. Bundan əlavə “what if” analizi aparmaq, Pivot Cədvəlləri ilə işləmək və Excelin ən çox istifadə olunan funksiyaları və mürəkkəb formulalarını istifadə etməklə işinizdə və ya biznesinizdə datanı asanlıqla analiz edərək qərarlarınızı daha asan və əsaslı verə biləcəksiniz. Təlim müddətində Excel funksiyaları, formulaları və digər mövzular sizə asan başa düşəcəyiniz tərzdə və rahat anlaşılacaq praktiki çalışmalar üzərində izah olunacaq. Əlavə olaraq təlimdə təqdim olunan keyzlər vasitəsilə, öyrəndiyiniz bilikləri müxtəlif biznes dataları üzərində tətbiq edərək Exceldə analitik qabiliyyətinizi inkişaf etdirəcəksiniz.

Bu təlim kimlər üçündür?

· Satış/Biznes/Maliyyə analitikləri;

· Layihə menecerləri;

· Biznes idarəçiləri;

· Analitika karyerasına başlayan ilkin və orta Excel bilikləri olanlar;

· Exceldə praktiki data analitikası bilikləri əldə etmək istəyən hər kəs.

Sertifikat

Sertifikatlar təlimi müvəffəqiyyətlə bitirən şəxslərə təlim sonunda təqdim olunacaq. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Excel üçün başlanğıc təlimatı

Dərs

Excel əsasları təlimatı

Təlimçi

Technology for Teachers and Students

Məlumat

Bu videonu bəyənirsinizsə, Excel dərsliklərinin bütün pleylistim budur: http://bit.ly/tech4excel Microsoft Excel-dən istifadənin, o cümlədən elektron cədvəlin anatomiyası, məlumatları necə daxil etməli, məlumatlarınızı necə oxuyub istifadəsini asanlaşdırdığınız üçün yaxşı görünməyin və s. Daxil olmaqla əsasları öyrənin. Bu təlimat Excel 2016 istifadə edilərək hazırlanmışdır, lakin Excel-in köhnə versiyaları və yeni versiyaları üçün tətbiq olunur. *** Patreon'da Müəllimlər və Tələbələr üçün Texnologiyanı dəstəkləməyi düşünün ***:

Sillabus

Sessiya 1

- Datanın (verilənlərin) növləri, xana formatlama, istinadlar;
- Çeşidləmə, filtrləmə, məlumatların manipulyasiyası;
- Xüsusi siyahı, adlandırılmış aralıqlar;
- Məlumatların təmizlənməsi və təsdiqlənməsi;
- Məlumatların vizuallaşdırılması, müxtəlif diaqram növlərinin qurulması;
- Klaviatura Qısayolları.

Case Study

- Satış datalarının analizi və verilənlər əsasında diaqramların qurulması.

Sessiya 2

- Şərti formatlama;
- “Advanced filter”dən istifadə;
- Mətn tipli funksiyaların yazılması;
- Şərti ifadələr.

Case Study

- Satış datası üzrə formulalardan istifadə edərək, analiz edilməsi.

Sessiya 3

- Pivot table haqqında məlumat

- Pivot cədvəllərin yaradılması

Case Study

- (IMDB Data).xlsx datası əsasında hesablamaların aparılması. 

Sessiya 4

- Mürəkkəb qrafiklərin qurulması(Histogram,Combo chart,Treemap,Heatmap, Waterfall və.s );
- Pivot cədvəllərin tətbiqi;
- Mürəkkəb və dinamik dashboardların qurulması.

Case Study

- HR datası əsasında dinamik dashboardların qurulması.

Təlimçilər

Sessiyalar

Sentyabr Sessiyası

3 Sentyabr 2023
250 AZN 238 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN