Training image

Power BI ilə Data Analitikası

Bu təlim, sizə özü “düşünən” biznes intellekti vasitəsilə real zamanda real hesabatları hazırlamaqda kömək edəcək. Təlim vasitəsilə siz Power BI proqramının bütün komponentlərini anlayacaq, onların bir yerdə, ahəng şəklində necə işlədiyinin şahidi olacaq və heyranedici nəticələr əldə edəcək vizual dashboardlar hazırlama bilik və bacarıqları öyrənəcəksiniz. Bu təlimdə, Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI ilə istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək dəqiqələr içərisində mənalı, baxımlı və dinamik hesabatları hazırlamaq üçün gərəkən texnikalar öyrədiləcək. Üstəlik bunun üçün İT mütəxəssisi, texniki dəstək gözləməyə ehtiyacınız olmayacaq.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Power BI ilə Data Analitikası

Planlaşdırılmış
Təyin ediləcək

Data Analytics with Power BI

Planned
TBD

Datenanalyse mit Power BI

Geplant
Wird noch festgelegt

Power BI для анализа данных

запланированный
Будет определено
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Təlimdə əsas olaraq hesabat və dashboardları hazırlamaq üçün sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform), Power BI Desktop (Data Modeling & DAX, Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək. Təlimdə daha sonra müxtəlif növ qrafik, dashbord və ssenarilər kimi vizuallaşdırma komponentlərindən istifadə və idarəçilər, menecerlər və əlaqədar department işçiləri ilə paylaşılması izah olunacaq. Power BI-ın kompyuter versiyasında (Desktop) hazırladıqdan sonra hesabat, analiz və daşbordlara həm özünüz, həm də icazə verəcəyiniz işçilər internet browser və mobil telefon vasitəsilə nəzarət edə, interaktiv olaraq dəyişə və bir toxunuşla istədiyiniz məlumatları görə biləcəksiniz. Təlim müddətində öyrədilən bilik və bacarıqları Retail (Satış), CRM və Telekommunikasiya keysləri üzərində tətbiq edərək mənimsəyəcəksiniz.

Bu təlim kimlər üçündür?

İndiyədək Power BI ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər: Power BI-da professional hesabatlar hazırlamaq istəyən Excel istifadəçiləri, data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını və BI biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri, bir nömrəli Biznes İntellekt proqramını öyrənmək istəyən Marketing, Maliyyə, Satış və İnsan Resurlsarı və digər sahələrin mütəxəssis və menecerləri, hazırkı Biznes İntellekti developeri və istifadəçiləri, biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Yeni başlayanlar üçün Power BI

Dərs

Data Analitikası üçün Power BI

Təlimçi

Kevin Stratvert

Məlumat

Bu addım-addım dərslikdə, Microsoft Power BI proqramından cəmi 10 dəqiqə ərzində necə istifadə edəcəyinizi öyrənin. Video Kevin Stratvert tərəfindən.

Sillabus

Sessiya 1

  • Power BI ilə tanışlıq: Power BI Desktop və Power BI Service nədir? Power BI komponentləri ilə tanışlıq: Power Query, Power Pivot, Power View.
  • Datanın əldə olunması və Transformasiya edilməsi - Power Query, datanın təmizlənməsi.
  • Data Modelləşdirilməsi və DAX düsturları ilə data üzərində iş.
  • Real data üzərində praktiki iş: CRM, Satış və telekommunikasiya datalarının səliqəli vəziyyətə gətirilməsi.

Case Study 1

Supermarket Satış məlumatlarından istifadə edərək data transformasiyası.

 

Sessiya 2

  • Power BI-da ilkin vizuallaşdırma.
  • Advanced visuals, Slicers.
  • Slicing and Dicing, filters, data ierarxiyası - drill down/up.
  • Daşbord və hesabatların Power BI Desktopda qurulması.
  • Praktiki iş: Təmizlənmiş datalara uyğun Daşbordların hazırlanması.


Case Study 2

Property Sales Data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi

Sessiya 3

  • Filterlərin növləri: Visual Level Filter, Page Level Filter, Report Level Filter.
  • Dax funksiyaları, Dax Iterators, Averagex ,Sumx, Countx, Maxx, Minx.
  • Table formulas: Previous month, Same period Last year, Use Relationship, Filter, Divide, All.

Case Study 3

Sales Analysis data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi.

 

Sessiya 4

  • Advanced Vizuallaşdırma ilə Daşbordların Professional dizayn olunması.
  • Power BI Service və Mobile vasitəsilə datanın paylaşılması.
  • Daşbordların interaktiv texnikalarla idarə olunması.
  • Daşbord dizaynı, hesabatların paylaşılması və istifadəsi.

Case Study 4

Ümumdünya koronavirus məlumatlarının təhlili.

 

Təlimçilər

Sessiyalar

Power BI ilə Data Analitikası

Təyin ediləcək
400 AZN 400 AZN

Data Analytics with Power BI

TBD
400 AZN 400 AZN

Datenanalyse mit Power BI

Wird noch festgelegt
400 AZN 400 AZN

Power BI для анализа данных

Будет определено
400 AZN 400 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitika

Beginner to Intermediate

Data Science

Beginner to Intermediate
Advanced
0 AZN