Training image

Power BI ilə Data Analitikası Təlimi

Bu təlim, sizə özü “düşünən” biznes intellekti vasitəsilə real zamanda real hesabatları hazırlamaqda kömək edəcək. Təlim vasitəsilə siz Power BI proqramının bütün komponentlərini anlayacaq, onların bir yerdə, ahəng şəklində necə işlədiyinin şahidi olacaq və heyranedici nəticələr əldə edəcək vizual dashboardlar hazırlama bilik və bacarıqları öyrənəcəksiniz. Bu təlimdə, Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI ilə istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək dəqiqələr içərisində mənalı, baxımlı və dinamik hesabatları hazırlamaq üçün gərəkən texnikalar öyrədiləcək. Üstəlik bunun üçün İT mütəxəssisi, texniki dəstək gözləməyə ehtiyacınız olmayacaq.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

8 Oktyabr, 2022
10:00

Ofisdaxili təlimlər

8 Oktyabr, 2022
10:00

Onlayn Avropa

8 Oktyabr, 2022
10:00 (GMT+4)

Onlayn Amerika

8 Oktyabr, 2022
10:00 (GMT+4)
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Təlimdə əsas olaraq hesabat və dashboardları hazırlamaq üçün sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform), Power BI Desktop (Data Modeling & DAX, Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək. Təlimdə daha sonra müxtəlif növ qrafik, dashbord və ssenarilər kimi vizuallaşdırma komponentlərindən istifadə və idarəçilər, menecerlər və əlaqədar department işçiləri ilə paylaşılması izah olunacaq. Power BI-ın kompüter versiyasında (Desktop) hazırladıqdan sonra hesabat, analiz və dashbordlara həm özünüz, həm də icazə verəcəyiniz işçilər internet browser və mobil telefon vasitəsilə nəzarət edə, interaktiv olaraq dəyişə və bir toxunuşla istədiyiniz məlumatları görə biləcəksiniz. Təlim müddətində öyrədilən bilik və bacarıqları Retail (Satış), CRM və Telekommunikasiya keysləri üzərində tətbiq edərək mənimsəyəcəksiniz.

Bu təlim kimlər üçündür?

· İndiyədək Power BI ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər;

· Power BI-da professional hesabatlar hazırlamaq istəyən Excel istifadəçiləri;

· Data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını və BI biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri;

· Bir nömrəli Biznes İntellekt proqramını öyrənmək istəyən Marketinq, Maliyyə, Satış və İnsan Resursları və digər sahələrin mütəxəssis və menecerləri;

· Hazırkı Biznes İntellekti developeri və istifadəçiləri;

· Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar;

· Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Yeni başlayanlar üçün Power BI Dərsliyi

Dərs

Əsaslar və kənar

Təlimçi

Technocraft

Məlumat

Bu video BI-nin nə olduğunu anlamağa kömək edəcəkdir .Bu videoda davam edərkən Power BI-nin tərkib hissələrini və bloklarını müzakirə etdik. Bu iclasda bir çox nümunəni də müzakirə etdik. Aşağıda bu təlimatda yer alan mövzular:

Sillabus

Sessiya 1

- Power BI Desktop və Power BI Service nədir?

- BI Komponentləri: Power Query, Power Pivot, Powev View;

- Datanın əldə edilməsi və Transformasiyası, Power Query;

- Datanın təmizlənməsi, Data Modelləşdirilməsi;

- DAX düsturları ilə data üzərində iş;

- Real data üzərində praktiki iş: CRM, Satış və telekommunikasiya datalarının səliqəli vəziyyətə gətirilməsi.

Case Study

- Data transformation using Supermarket Sales data.

Sessiya 2

- Power BI-da ilkin vizuallaşdırma;

- Advanced visuals, Slicers;

- Slicing and Dicing, filters, data ierarxiyası - drill down/up;

- Dashboard və hesabatların Power BI Desktopda qurulması;

- Praktiki iş: Təmizlənmiş datalara uyğun dashboard-ların hazırlanması.

Case Study

- Property Sales Data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi.

Sessiya 3

- Filterlərin növləri; Visual Level Filter, Page Level Filter, Report Level Filter;

- Dax funksiyaları, Dax Iterators, Averagex, Sumx, Countx, Maxx, Minx;

- Table formulas: Previous month, Same period Last year, Use Relationship, Filter, Divide, All.

Case Study

- Sales Analysis data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi.

Sessiya 4

- Advanced Vizuallaşdırma ilə Daşbordların Professional dizayn olunması;

- Power BI Service və Mobile vasitəsilə datanın paylaşılması;

- Dashboard-ların interaktiv texnikalarla idarə olunması;

- Dashboard dizaynı;

- Hesabatların paylaşılması və istifadəsi.

Case Study

- Worldwide coronavirus data analysis.

Təlimçilər

Sessiyalar

Sentyabr sessiyası

25 Sentyabr, 2022
250 AZN 238 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN