Training image

R ilə Maşın Öyrənməsi

R ilə Data Science təlimində siz datanızı analiz və ya model üçün hazırlayaraq Proqnozlaşdırma, Maşın Öyrənməsi, Dərin Öyrənmə və Süni İntellekt alqoritmlərinin yaradılmasından istifadəsinə və baza ilə inteqrasiyasına qədər data elmi bacarıqlarını öyrənəcəksiniz. Təlim zamanı marketing, maliyyə, biznes, səhiyyə və dövlət qurumlarında qərarların verilməsində əhəmiyyət kəsb edən metodologiyaları real iş mühitində qarşılaşılan problemlərə tətbiq edərək öyrənəcəksiniz.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

R ilə Maşın Öyrənməsi

22 Fevral
09:00-12:55 Azərbaycan Saatı

Machine Learning with R

22nd of February
06:00-09:55 United Kingdom Time

Maschinelles Lernen mit R

22 Februar
07:00-10:55 Deutsche Zeit

Машинное обучение с R

22 Февраля
08:00-11:55 Русское время
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Təlim müddətində Logistic Regression, Decision Trees, XGBOOST, CATBOOST və LightGBM, FastAI və Neurap Prophet kimi son illərdə yaranmış Machine Learning alqoritmləri və RNN və CNN kimi Deep Learning metodlarını tətbiq edərək öyrənəcəksiniz. Bununla yanaşı, qurduğunuz modelləri dəyərləndirmək üçün Precision,Recall, ROC Curve və Gini Coefficient kimi müxtəlif üsullar öyrənəcəksiniz. Bu yeni bacarıqlar sayəsində data üzərində təsviri və proqnozlaşdırma təhlilləri apara biləcəksiniz. Bu kurs müəssisə və şirkətlərdə böyük həcmli məlumatı təhlil edərək qərar qəbul etmək istəyənlər üçün sadədən mürəkkəbə kifayət qədər geniş praktiki mövzuları əhatə edir. Bu, həm də təlim iştirakçılarının təlimdən dərhal sonra data elminin ən müasir və mürəkkəb imkanlarından istifadə etməklə əmək bazarında rəqabətə davamlı kadr olmanıza və qısa müddətdə data karyeranızda önə çıxmanıza kömək edəcəkdir.

Bu təlim kimlər üçündür?

Data Science bilikləri olanlar və əmək bazarında önə çıxmaq üçün daha müasir və mürəkkəb mövzularla biliklərini dərinləşdirmək istəyənlər, R proqramlaşdırma dili istifadə edərək müasir və mürəkkəb Maşın Öyrənməsi mövzularını öyrənmək istəyənlər, Analitikanı öyrənmək istəyən proqramçılar və data mühəndisləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar, böyük həcmli datalarla işləmək istəyən şəxslər, tədqiqatla məşğul olanlar, Data Science karyerası qurmaq istəyən Data Elmi üzrə məlumatlı olan tələbələr və mütəxəssislə, satış, supermarket, telekommunikasiya, bank və digər biznes sahələrində və ya dövlət qurumlarında data analizi edərək hesabat hazırlayanlar və hazırlamaq istəyənlər.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified R ilə Maşın Öyrənməsi və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

R ilə Maşın Öyrənməsi | Maşın Öyrənməsi Alqoritmləri

Dərs

R ilə Maşın Öyrənməsi

Təlimçi

edureka!

Məlumat

Bu "R ilə Maşın Öyrənməsi" videosu Edureka tərəfindən təqdim olunur və sizə Maşın Öyrənməsinin əsas anlayışlarını başa düşməyə kömək edəcək. Videoda, R-də Pokemon Dataset üzərində çox maraqlı bir iş case’i yer alır. Video Courtesy: edureka!

Sillabus

Sessiya 1

  • Maşın Öyrənməsi nədir?
  • Xətti Modelləşdirmə
  • Xətti modellərin dəqiqliyinin ölçülməsi

Case Study 1

Xətti Reqresiya modeli ilə Vətəndaşın Cinayətkarlıq və ya Təhlükə dərəcəsinin proqnozlaşdırılması.

 

Sessiya 2

  • Logistik regressiya
  • Weight of Evidence– WOE, Proqnoz parametrərinin izah etmə gücü.
  • Logistik regressiya modelinin dəqiqliyinin ölçülməsi
  • Precision, Recall, ROC, AUC curve, Gini Coefficient

Case Study 2

Real Bank datası ilə logistik regressiya ilə Borc Riskinin proqnozlaşdırılması modelinin qurulması.

 

Sessiya 3

  • Automated ML, Hyperparameter Tuning
  • AutoML- Avtomatlaşdırılmış Maşın öyrənməsi
  • Hyperparameter Tuning
  • Cross Validation & Imbalance
  • Black Box alqoritmlərinin izahı, Stacked Ensemble Modelling

Case Study 3

  • HR Management keyzi “Employee Turnover" data
  • Fərqli ML alqoritmlərindən istifadə etməklə Lider modelin müəyyən edilərək deploy edilməsi (Real İşçi tərk etmə datası üzərində Klassifikatsiya modelləri).

 

Sessiya 4

  • Deep Learning və Süni İntellet əsaslı Time Series Analizi
  • Data Augmentation for Prophet
  • Prophet və Neural Prophet alqoritmlərinin tətbiqi
  • R Spark

Case Study 4

Prophet və Neural Prophet alqoritmi ilə Satışın proqnozlaşdırılması.

Sessiya 5

  • FastAI
  • Natural Language Processing (Word Embeddings, "Attention is all you need")
  • Text classification with Transformers (Yazıların klasifikatsiyası və transformerlər)

Case Study 5

R Natural Language Processing (R da Real data üzərində NLP modellinin qurulıması).

Təlimçilər

Trainer

Turqut Abdullayev

AZERCONNECT GROUP-DA ANALİTİKA KOMANDASININ RƏHBƏRİ

Data sahəsində 5 ildən artıq təcrübəyə sahib olan Turqut Abdullayev hal-hazırda Azerconnect Group-da Analitika komandasının rəhbəri olaraq çalışır. Təlimçimiz beynəlxalq dərəcədə "R Contributor" ünvanını alan ilk və tək azərbaycanlıdır. "fast.ai" kitabxanasını R proqramlaşdırma dilində ilk dəfə həmyerlimiz yaratmışdır və bu inteqrasiya kitabxananın qurucusu Ceremi Hovard tərəfindən də dəstəklənmişdir.
List of Contributors from Official R Website
Çalışdığı digər qurumlar:
* Kapital Bankda Limitlərin idarə edilməsi şöbəsinin rəhbəri
* Access Bank, Senior Data Scientist
R, Python, HTML, SQL, Docker, Cl: Github Actions, Git Markdown, Latex kimi program təminatları üzrə geniş biliyə sahibdir və müxtəlif konsaltinq şirkətlərində peşəkar data analitik vəzifəsində çalışmışdır. Xüsusilə, R proqramı vasitəsi ilə maşın öyrənməsi və süni intellektin İncəliklərinə yiyələnmişdir və həmişə təlimlərində bu sahədə olan yeniliklərə yer verir. Sahə üzrə bir çox bloq yazıların müəllifidir.

Sessiyalar

R ilə Maşın Öyrənməsi

22 Fevral
420 AZN 245 AZN

Machine Learning with R

22nd of February
420 AZN 245 AZN

Maschinelles Lernen mit R

22 Februar
420 AZN 245 AZN

Машинное обучение с R

22 Февраля
420 AZN 245 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitika

Beginner to Intermediate

Data Science

Beginner to Intermediate
Advanced

Machine Learning

0 AZN