Training image

SPSS ilə Data Analitikası

Təlim müddətində IBM SPSS-ə məxsus alətlər olan SPSS Modeler və SPSS Statistics ilə datanı daxil etmək, təmizləmək və idarə etməkdən, diaqnostik təhlillər ilə analitik data təhlilinə qədər onlarla yeni metodologiyaları real biznes, satış, maliyyə, səhiyyə və dövlət datalarına tətbiq edərək öyrənəcəksiniz. SPSS Modeler böyük həcmli data ilə işləyən, cəld və dəqiq analitik təhlil aparmaq istəyən hər kəsin seçimidir.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

SPSS ilə Statistika və Data Analitikası

29 Mart
09:00-12:55 Azərbaycan Saatı

Statistics and Data Analysis with SPSS

29th of March
06:00-09:55 United Kingdom Time

Statistik und Datenanalyse mit SPSS

29 März
07:00-10:55 Deutsche Zeit

Статистика и анализ данных с SPSS

29 Mарта
08:00-11:55 Русское время
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Bu təlim proqramı SPSS Statistics və SPSS Modeler alətlərindən istifadə etməklə qrafik və siyahıların tərtib olunması, vizuallaşdırılmas və datanın təmizlənməsi kimi çox sadə hesablamalardan daha dərin sayılan Normal Paylanma, Mərkəzi Limit Teoremi, Hipotez testləri və Böyük ədədlər qanunu bir çox metodologiyaları özündə birləşdirir. Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri ilə yanaşı data təhlili ilə əlaqədar bütün təməl bilikləri əldə edəcək və beləliklə data analitika layihəniz üçün lazım olan analizləri çox daha tez və dəqiq şəkildə icra edəcəksiniz. Bu isə sizə data əsaslı nəticələr əldə etməyə kömək edəcək. Beləliklə qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir.

Bu təlim kimlər üçündür?

Data Analitikası öyrənmək istəyən Marketing, Maliyyə, Satış və İnsan Resurlsarı və digər sahələrin mütəxəssis və menecerləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar, böyük həcmli datalarla işləmək istəyən hər kəs, Data Analitikası karyerası qurmaq istəyən gənc mütəxəssislər və tələbələr.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Başlayanlar üçün SPSS!

Dərs

Data Analitikası üçün SPSS

Təlimçi

freeCodeCamp.org

Məlumat

SPSS Statistics interaktiv və ya toplu statistik təhlil üçün istifadə olunan bir proqram paketidir. Video freeCodeCamp.org tərəfindəndir.

Sillabus

Sessiya 1

  • Data elmi haqqında ümumi məlumat, Əsas Statistika Anlayışları.
  • Təsviri Analitika, Z skorlar, Normal paylanma
  • SPSS Statistics və SPSS Modeller programlarına giriş.
  • Outlierların müəyyən olunması və idarə olunması.

Case Study 1

Telekomunikasiya datası üzərində Təsviri Analitika.

 

Sessiya 2

  • Əsas statistik anlayışlar, Normal paylanma
  • Normal paylanmanın sıxlıq funkisiyası
  • Normal paylanma əsasında ehtimalların hesablanması
  • Normal Paylanma testləri
  • Nümunə paylanması, Ehtimal Paylanmaları
  • Mərkəzi Limit Teoremi
  • Diaqnostik Analitika

Case Study 2

Bank datası üzərində diaqnostik analizlər.

 

Sessiya 3

  • Ədədi ortaların müqayisəsi, ANOVA Analizi
  • CRİSP-DM Data Təhlili Layihələri üzrə beynəlxalq Stanartlar.
  • CRİSP-DM əsasında Data Layihəsinin “Datanın başa düşülməsi” mərhələsi üzrə hesabatının hazırlanması.
  • CRİSP-DM əsasında Data Layihəsinin “Datanın Yığılması” mərhələsi üzrə hesabatının hazırlanması.
  • CRİSP-DM əsasında Data Layihəsinin “Datanın Təsviri” mərhələsi üzrə hesabatının hazırlanması.
  • CRİSP-DM əsasında Data Layihəsinin “Datanın Tədqiqi və Vizuallaşdırma” mərhələsi üzrə hesabatının hazırlanması.

 

Case Study 3

CRİSP-DM əsasında Yük Daşıma və Logistika datası üzərində datanın başa düşülməsi hesabatının hazırlanması.

Təlimçilər

Trainer

Etibar Hüseynli

Chief Data Scientist, QSS ANALYTICS

Analitika sahəsində 10 ildən artıq təcrübə ilə Etibar Hüseynli Bakcell şirkətində “CRM and Churn Retention" şöbəsinin rəhbəri, Sahibkarlığın İnkşafı və Tədqiqat Mərkəzində və Universal Machines MMC-də research analyst, Bakı Mühəndislik Universitetində Statistika müəllimi vəzifəsində çalışmışdır. SPSS, GRETL, SAS, R, Python, Tableau, Excel, SQL-Data Management proqramlarında yüksək bilik və bacarıqlara malikdir. 5 beynəlxalq və 10-dan çox yerli analitika layihəsinə rəhbərlik etmişdir. Bakcell, Beynəlxalq Miqrasiya İdarəsi (IMO) və Hyundai şirkəti daxil olmaqla bir sıra şirkətlərdə data analitikası üzrə məsləhətçidir.

 

Sessiyalar

SPSS ilə Statistika və Data Analitikası

29 Mart
400 AZN 250 AZN

Statistics and Data Analysis with SPSS

29th of March
400 AZN 250 AZN

Statistik und Datenanalyse mit SPSS

29 März
400 AZN 250 AZN

Статистика и анализ данных с SPSS

29 Mарта
400 AZN 250 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Machine Learning Bootcamp

Machine Learning with Python
Artificial Intelligence

Data Analitika Bootcamp

Business Intelligence
Statistical Analysis & Data Science

Data Engineering Bootcamp

Data Engineering
Big Data
0 AZN