Training image

SPSS ilə Data Analitikası Təlimi

Təlim müddətində IBM SPSS-ə məxsus alətlər olan SPSS Modeler və SPSS Statistics ilə datanı daxil etmək, təmizləmək və idarə etməkdən, diaqnostik təhlillər ilə analitik data təhlilinə qədər onlarla yeni metodologiyaları real biznes, satış, maliyyə, səhiyyə və dövlət datalarına tətbiq edərək öyrənəcəksiniz. SPSS Modeler böyük həcmli data ilə işləyən, cəld və dəqiq analitik təhlil aparmaq istəyən hər kəsin seçimidir.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

11 May , 2024
10:00

Ofisdaxili təlimlər

11 May , 2024
10:00

Onlayn Avropa

11 May , 2024
10:00 (GMT+4)

Onlayn Amerika

11 May , 2024
10:00 (GMT+4)
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Bu təlim proqramı SPSS Statistics və SPSS Modeler alətlərindən istifadə etməklə qrafik və siyahıların tərtib olunması, vizuallaşdırılması və datanın təmizlənməsi kimi çox sadə hesablamalardan daha dərin sayılan Normal Paylanma, Mərkəzi Limit Teoremi, Hipotez Testləri və Böyük Ədədlər qanunu kimi bir çox metodologiyaları özündə birləşdirir. Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri ilə yanaşı data təhlili ilə əlaqədar bütün təməl bilikləri əldə edəcək və beləliklə data analitika layihəniz üçün lazım olan analizləri çox daha tez və dəqiq şəkildə icra edəcəksiniz. Bu isə sizə data əsaslı nəticələr əldə etməyə kömək edəcək. Beləliklə qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir.

Bu təlim kimlər üçündür?

· Data Analitikası öyrənmək istəyən Marketinq, Maliyyə, Satış və İnsan Resurlsarı və digər sahələrin mütəxəssis və menecerləri;

· Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar;

· Böyük həcmli datalarla işləmək istəyən hər kəs;

· Data Analitikası karyerası qurmaq istəyən gənc mütəxəssislər və tələbələr.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Məlumat təhlili üçün SPSS Dərsliyi

Dərs

Yeni başlayanlar üçün SPSS

Təlimçi

Academic Lesson

Məlumat

SPSS Statistics, interaktiv və ya toplu, statistik analiz üçün istifadə olunan bir proqram paketidir. SPSS Inc. tərəfindən uzun müddət istehsal olunan bu şirkət IBM tərəfindən 2009-cu ildə alınıb. Hazırkı versiyalar IBM SPSS Statistics adlanır. Bu kursda məlumat təhlili üçün SPSS-dən necə istifadə edəcəyinizi öyrənəcəksiniz. Bu SPSS kursu başlanğıc dostudur.

Sillabus

Sessiya 1

- Data elmi haqqında ümumi məlumat;

- Əsas Statistika Anlayışları;

- Təsviri Analitika, Z skorlar, Normal paylanma;

- SPSS Statistics;
- SPSS Modeller proqramlarına giriş;

- Outlierların müəyyən olunması və idarə olunması.

Case Study

- Telekomunikasiya datası üzərində Təsviri Analitika.

Sessiya 2

- Əsas statistik anlayışlar;

- Normal paylanmanın sıxlıq funksiyası;

- Normal paylanma əsasında ehtimalların hesablanması;

- Normal Paylanma testləri;

- Nümunə paylanması, Ehtimal Paylanmaları;

- Mərkəzi Limit Teoremi;

- Diaqnostik Analitika.

Case Study

- Bank datası üzərində diaqnostik analizlər.

Sessiya 3

- Ədədi ortaların müqayisəsi, ANOVA Analizi;

- CRİSP-DM Data Layihələri üzrə beynəlxalq standartlar;

- CRİSP-DM “Datanın başa düşülməsi” hesabatı;

- CRİSP-DM “Datanın Yığılması” hesabatı;

- CRİSP-DM “Datanın Təsviri” hesabatı;

- CRİSP-DM “Datanın Tədqiqi və Vizuallaşdırma” hesabatı.

Case Study

- CRİSP-DM əsasında Yük Daşıma və Logistika datası üzərində datanın başa düşülməsi hesabatının hazırlanması.

Təlimçilər

Trainer

Etibar Hüseynli

Data Analitika konsultantı, QSS Analytics

Analitika sahəsində 5 ildən artıq təcrübə.

Bakcell şirkətində “CRM and Churn Retention" şöbəsinin rəhbəri, Sahibkarlığın İnkşafı və Tədqiqat Mərkəzində və Universal Machines MMC-də research analyst, Bakı Mühəndislik Universitetində Statistika müəllimi vəzifəsində çalışmışdır.

SPSS, GRETL, SAS, R, Python, Tableau, Excel, SQL-Data Management proqramlarında yüksək bilik və bacarıqlara malikdir.

5 beynəlxalq və 10-dan çox yerli analitika layihəsinə rəhbərlik etmişdir.

Bakcell, Beynəlxalq Miqrasiya İdarəsi (IMO) və Hyundai şirkəti daxil olmaqla bir sıra şirkətlərdə data analitikası üzrə məsləhətçidir.

 

Sessiyalar

İyul Sessiyası

2 İyul, 2022
250 AZN 238 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN