Təlim müddətində IBM SPSS-ə məxsus alətlər olan SPSS Modeler və SPSS Statistics ilə datanı daxil etmək, təmizləmək və idarə etməkdən, diaqnostik təhlillər ilə analitik data təhlilinə qədər onlarla yeni metodologiyaları real biznes, satış, maliyyə, səhiyyə və dövlət datalarına tətbiq edərək öyrənəcəksiniz. SPSS Modeler böyük həcmli data ilə işləyən, cəld və dəqiq analitik təhlil aparmaq istəyən hər kəsin seçimidir.
Bu təlim proqramı SPSS Statistics və SPSS Modeler alətlərindən istifadə etməklə qrafik və siyahıların tərtib olunması, vizuallaşdırılmas və datanın təmizlənməsi kimi çox sadə hesablamalardan daha dərin sayılan Normal Paylanma, Mərkəzi Limit Teoremi, Hipotez testləri və Böyük ədədlər qanunu bir çox metodologiyaları özündə birləşdirir. Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri ilə yanaşı data təhlili ilə əlaqədar bütün təməl bilikləri əldə edəcək və beləliklə data analitika layihəniz üçün lazım olan analizləri çox daha tez və dəqiq şəkildə icra edəcəksiniz. Bu isə sizə data əsaslı nəticələr əldə etməyə kömək edəcək. Beləliklə qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir.
Data Analitikası öyrənmək istəyən Marketing, Maliyyə, Satış və İnsan Resurlsarı və digər sahələrin mütəxəssis və menecerləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar, böyük həcmli datalarla işləmək istəyən hər kəs, Data Analitikası karyerası qurmaq istəyən gənc mütəxəssislər və tələbələr.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.
Data Analitikası üçün SPSS
freeCodeCamp.org
SPSS Statistics interaktiv və ya toplu statistik təhlil üçün istifadə olunan bir proqram paketidir. Video freeCodeCamp.org tərəfindən.
Telekomunikasiya datası üzərində Təsviri Analitika.
Bank datası üzərində diaqnostik analizlər.
CRİSP-DM əsasında Yük Daşıma və Logistika datası üzərində datanın başa düşülməsi hesabatının hazırlanması.
Analitika sahəsində 5 ildən artıq təcrübə ilə Etibar Hüseynli Bakcell şirkətində “CRM and Churn Retention" şöbəsinin rəhbəri, Sahibkarlığın İnkşafı və Tədqiqat Mərkəzində və Universal Machines MMC-də research analyst, Bakı Mühəndislik Universitetində Statistika müəllimi vəzifəsində çalışmışdır. SPSS, GRETL, SAS, R, Python, Tableau, Excel, SQL-Data Management proqramlarında yüksək bilik və bacarıqlara malikdir. 5 beynəlxalq və 10-dan çox yerli analitika layihəsinə rəhbərlik etmişdir. Bakcell, Beynəlxalq Miqrasiya İdarəsi (IMO) və Hyundai şirkəti daxil olmaqla bir sıra şirkətlərdə data analitikası üzrə məsləhətçidir.
Maliyyə və Data analitikasında ümumi 3 ildən çox təcrübəsi alan Rəsul Səfərəliyev tikinti şirkətlər qrupunda maliyyə analitiki olaraq işləyib. Eyni zamanda, QSS Analytics'də data analitika və layihələrin idarə olunması üzrə təcrübəyə malikdir. O, həmçinin statistik və R proqramlaşdırma dili üzrə Data Science Academy'də təlimçilik fəaliyyəti göstərir.