Training image

T-SQL ilə Databaza proqramlaşdırma

Dataların etibarlı, dəqiq, davamlı və lazımı tərəflər üçün sürətli əlçatan olması, düzgün texnologiyanın seçimi ilə artıq xərclərin qarşısının alınması, tapşırıqların avtomatlaşdırılması ilə insan xətasını minimuma endirilməsi, data itkisi önləmək üçün backup prosedurlarının yaradılması, böyümə zamanı texnologiyanın scale edilə bilinməsi, datanın istənilən vaxt miqrasiya edilə bilməsi vəs kimi mövzular Data İdarəetməsində çox vacib rol oynayır. Bu təlim proqramı Databaza İdarəetməsi sahəsində sizə fundamental anlayışları, qabaqcıl texnikaları və praktik tətbiqləri asanlıqla tədris edəcək. Təlimdən sonra siz databaza və data warehouse üzrə konsultant, data mühəndisi, BI developer, data analitik, data arxitektor və ya databaza administratoru kimi işləməniz üçün lazım olan əsas texniki biliklərə sahib olacaqsınız. Databaza İdarəetməsi elminin sehrli dünyasına töfhə verən dəyərli və daim axtarılan mühəndislər sırasına qoşulmaq üçün bu təlim sizin üçün ideal başlanğıc rolunu oynayacaqdır.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Data Analitikası və Süni İntellektin sürətlə populyarlaşdığı dövrdə düzgün Data menecmentə sahib olmayan və bu sahəni ikinci planda saxlayan şirkətlər böyük itkilər yaşadı. Artıq şirkətlərin çoxu data menecmentin əhəmiyyətini yaxşı qavramağa başlayır. Data Menecment dataya dəqiq, sürətli, təhlükəsiz, qənaətcil və etibarlı çıxışı təmin edir. Bütün bunlar mümkün olmadıqda heç bir analitika və süni intellektdən söhbət belə gedə bilməz. Data menecment təlim proqramında siz Databaza idarəetməsi üçün əsas anlayışları Microsoft SQL Server texnologiyasını istifadə etməklə öyrənmiş olacaqsınız. Təlimdə iştirakçılar prosedur və funksiyalar yaratmaqla, databaza xətalarını idarəetmə və databaza performansını optimallaşdırmağı T-SQL istifadə edərək öyrənəcəklər. Təlimdə triggerlər və tranzaksiyaların yaradılması, SQL tapşırqlarının planlanması, indeks dizayn və scalability kimi vacib mövzuları tətbiq edərək öyrənmək, SQL Server Databaza İdarəetməsində iştirakçıları peşəkara çevirəcək və qısa müddətdə uğurlu karyera qurmalarını təmin edə biləcək.

Bu təlim kimlər üçündür?

  • Data üzrə rəhbər şəxslər
  • Data analitiklər
  • Data mühəndislər
  • Proqramçılar
  • Data Elmi mütəxəssisləri
  • Tələbələr

Sertifikat

Təlimi ilə bitirən şəxslərə Cerified Data Scientist və digər şəxslərə sertifikatı təqdim edir. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

T-SQL-ə giriş

Dərs

T-SQL-ə giriş

Təlimçi

utorialsPoint

Məlumat

T SQL(Transact SQL) Microsoft SQL Server və Sybase ASE verilənlər bazalarında istifadə olunan SQL-in genişləndirilməsidir.

Sillabus

Sessiya 1
Prosedurların yaradılması
T-SQL nədir?
Dəyişənlərin təyin edilməsi
Prosedurun yaradılması, icrası, dəyişdirilməsi və silinməsi
Prosedurlarda parametrlərin istifadəsi, giriş, çıxış və digər parametrlər
Prosedurlarda Error handling

Case Study 1
Maliyyə databazasında prosedurların yaradılması və error handling

 

Sessiya 2

Funksiyalar & Triggerlər
Funksiyaların yaradılması və növləri
Dinamik SQL və Triggerlərə giriş
Triggerlərin yaradılması və dəyişdirilməsi
For, after, instead of triggerləri
DML, DDL və event triggerlərinin idarə olunması


Case Study 2
Elektron ticarət databazasında funksiyaların, triggerlərin və məhdudiyyətlərin yaradılması

Sessiya 3

Tranzaksiyalar və Joblar
Tranzaksiyalarda izolyasiya dərəcələri və error handling
Locklar, Deadlocklar, Commit, Rollback və Savepoint
Jobların yaradılması, planlanması və idarə edilməsi
Gündəlik databaza jobları və bildirişlər


Case Study 3
Tranzaksiya və avtomatlaşmış joblardan istifadə etməklə elektron ticarət databazasındsa səmərəlilik və etibarlılığın artırılması

Sessiya 4
Databaza Performansının tuninqi
Sadə SQL tuninq qaydaları
Databaza Performansına nəzarət və Troubleshooting
Indexlərə giriş
İndex dizayn
SQL Server icra planını gözdən keçirmək

Case Study 4
Xəstəxana databazasının sadə SQL tuning, troubleshooting, indeks dizayn vəs metodlardan istifadə etməklə Perfomans optimallaşdırılması

 

Sessiya 5
İrəli Databaza Texnikaları və Optimizasiya
SQL Server fiziki joinlər (nested loop, merge join, hash join)
SQL Server Database Statistikası
Table partitioning (range, list, hash, və ya composite partitioning)
Parameter sniffing
Data Loading Optimizasiyası
Scalability və High Availability

Case Study 5
Online ticarət databazasında joinlər, partitioning və parameter sniffing ilə performans artırmaq

Təlimçilər

Trainer

Bəhruz Qasımov

MƏLUMATLARIN KEYFİYYƏTİ VƏ TƏMİNATININ İDARƏ EDİLMƏSİ ÜZRƏ EKSPERT, PASHA BANK

Peşəkar təlimçimiz Bəhruz Qasımov hal-hazırda “Paşa Bank”da “Məlumatların keyfiyyəti və təminatının idarə edilməsi üzrə ekspert” olaraq çalışır. Həmçinin, TuranBank ASC, Yapı Kredi Bank Azərbaycan, Unibank kimi şirkətlərində data sahəsində çalışıb və 14 ildən artıq professional iş təcrübəsinə malikdir.

Sessiyalar

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Machine Learning Bootcamp

Machine Learning with Python
Artificial Intelligence

Data Analitika Bootcamp

Business Intelligence
Statistical Analysis & Data Science

Data Engineering Bootcamp

Data Engineering
Big Data
0 AZN