Training image

Tableau ilə Data Analitikası

Qərarvermədə datanın çox önəmli olduğu bir dövrdə datanıza hakim olmamaqla nələri itirə biləcəyinizi izah etmək heç də çətin deyil. Dünyaca məşhur "Gartner" reytinqində 5 il ardıcıl olaraq liderliyini əldə saxlayan, interaktiv vizual təsvirin "Qızıl Standartı" hesab edilən Tableau proqramını əhatə edən bu təlim dataya hakim olmaq, yəni onu "görmək" və "anlamaq" prinsiplərinə əsaslanır. Təlim proqramında sadəcə statik qrafik hazırlanması deyil, həm də datanızda gizli olan vacib məlumatı üzə çıxarmaq üçün lazım interaktiv dashboardların hazırlanması nəzərdə tutulub.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Tableau ilə Data Analitikası

2 Fevral
09:00-12:55 Azərbaycan Saatı

Tableau for Data Analytics

2nd of February
06:00-09:55 United Kingdom Time

Tableau für Datenanalyse

2 Februar
07:00-10:55 Deutsche Zeit

Tableau для анализа данных

2 Февраля
08:00-11:55 Русское время
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Təlim iştirakçıların sadəcə adi rəqəm olaraq görünən datanı marketinq, satış, insan resursları, və s. şöbələrin siyasətlərini müəyyən edərkən yaranan “necə”, ”niyə”, “harada” kimi sualların cavabına, proseslərə nəzarət mexanizminə və ya daha dərin təhlillərə səbəb olan vizual təsvirlərə çevirmə bacarığına yiyələnmələrini hədəfləyib. Vizual təsvirlərin maraqlı nəticələri iştirakçıları daha dərin təhlillər aparmağa sövq etməklə onları daimi inkişafa ruhlandıracaq. Bu təlim həm hesabatlardan məsul şəxslər, həm data analitikası sahəsində özünü inkişaf etdirmək istəyənlər, həm də “Glassdoor”- a görə mütəxəssisinə illik 100.000 dollar gətir gətirən Tableau proqramını öz arsenalına əlavə etmək istəyən hər bir şəxs üçün nəzərdə tutulub.

Bu təlim kimlər üçündür?

İndiyədək Tableau ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər, Tableau-da professional hesabatlar hazırlamaq istəyən SQL və Excel istifadəçiləri, analitikanı öyrənmək istəyən proqramçılar, data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri, marketinq, satış və insan resursları üzrə çalışanlar, Data Analitiklər, Data Analtikasını, Biznes Menecerlər, Biznes Analitiklər, öyrənən və bu sahəyə marağı olanlar və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs və Data Analitikası karyerası qurmaq istəyən hərkəs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Tableau for Data Analytics və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

Tableau nədir? 10 dəqiqədən az müddətdə izah edilir!

Dərs

Data Analitikası üçün Tableau

Təlimçi

Tableau Tim

Məlumat

Bu video Tableau platformasını və onun hər biznesdə analitik axına necə uyğun gəldiyini xülasə edir. Video Tableau Tim tərəfindəndir.

Sillabus

Sessiya 1

  • Tableau ilə ilkin tanışlıq
  • Datanın əlavə edilməsi
  • Cədvəllərin birləşdiirlməsi 
  • Dəyişənlərin növləri və onlardan istifadə qaydaları
  • Qrafiklərin hazırlanması- Bar, Pie chart, Donut Chart, Treemap 

Case Study 1

Satış Analizi

 

Sessiya 2

  • Yeni dəyişənlərin yaradılması və onlar üzərində hesablamalar
  • “Level of Detail” hesablamaları
  • Area Chart, Waterfall, Histogram, Funnel chart kimi mürəkkəb qrafiklərin və Xəritələrin hazırlanması

Case Study 2

Viza Müraciətlərinin Təhlili

 

Sessiya 3

  • Qrupların yaradılması və onların tətbiqi ilə datanın sadələşdirilməsi
  • Sabit və Dinamik Setlərin yaradılması
  • Parametrlərin tətbiqi, parametrlərin setlərlə əlaqələndirilməsi
  • İki ölçülü və üç ölçülü qrafiklərin yaradılması- scatter plot və bubbles.

Case Study 3

Turbocar Avtomobil satışlarının təhlili.

 

Sessiya 4

  • Dashboardlarla tanışlıq. Dashboardın sxeminin qurulması.
  • Qrafiklərin inteqrasiyası
  • Datanın paylanmasının vizuallaşdırılması və Outlierlərin təyin olunması (Boxplot)
  • Time Series analizi
  • Mürəkkəb dizayn üsulları

Case Study 4

Churn Analizi Dasboardının hazırlanması.

 

Sessiya 5

  • Index, Case, Lookup istifadə etməklə mürəkkəb hesablamaların yaradılması.
  • Bump və Dumbbell qrafikləri ilə dataların müqayisə edilməsi.
  • Filter və Highlight Actionlarının tətbiq edilməsi

Case study 5

Turizim datasının analizi.

 

Təlimçilər

Trainer

Minurə Hüseynli

Head of Data Analytics and Reporting, Digital Umbrella

Minurə Hüseynli data sahəsində professional olaraq 8 ildən artıq iş təcrübəsinə sahibdir. Hal-hazırda Digital Umbrella şirkətində Data Analytics və Reporting şöbəsinin rəhbəri vəzifəsində çalışır. Fərqli sektorlar üzrə bir çox yerli və beynəlxalq data science layihələrində məsləhətçi olaraq çalışmışdır. Layihələrin icrası zamanı 10 nəfərə qədər komandalara rəhbərlik etmişdir. Hal-hazırda bir neçə şirkət üçün data science xidmətləri göstərir. Advanced statistics, Python ilə machine learning, SQL ilə dataların idarə olunması, Tableau və digər BI proqramlarla vizual analitika, datadan stratejik informasiyaların əldə olunması üzrə geniş praktiki biliklərə sahibdir.

Trainer

Şəbnur Pənahlı

Business Analyst, Kapital Bank

Data elmi sahəsində 2 ildən artıq təcrübəsi olan Şəbnur Pənahlı bank sektorunun qabaqcıl komandalarından birində “Biznes Analyst”vəzifəsini icra edir. Müəllim, məlumatların təhlili, maşın öyrənməsi alqoritmləri, və data vizualizasiyası sahəsində geniş biliklərə sahibdir. Əsas bacarıqları arasında Tableau, R, Python, SPSS, SQL, və statistik təhlil alətləri yer alır.

Sessiyalar

Tableau ilə Data Analitikası

2 Fevral
540 AZN 315 AZN

Tableau for Data Analytics

2nd of February
540 AZN 315 AZN

Tableau für Datenanalyse

2 Februar
540 AZN 315 AZN

Tableau для анализа данных

2 Февраля
540 AZN 315 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitika

Beginner to Intermediate

Data Science

Beginner to Intermediate
Advanced

Machine Learning

0 AZN