Training image

Excel ilə irəli səviyyə Data Analitikası

Bu təlimdə siz, Excelin daha irəli səviyyədə istifadə olunan xüsusiyyətlərini tətbiq etməklə datanın necə analiz olunmasını öyrənəcək, mürəkkəb funksiyalar, və makrosların köməyi ilə təhlil prosesini avtomatlaşdırmaq imkanı əldə edərək daha sürətli nəticələr əldə edə biləcəksiniz. İşlədiyiniz sahədən (marketinq, satış, maliyyə, İR və ya digər) asılı olmayaraq Excel vasitəsilə mürəkkəb və dinamik daşbordlarla datanızı vizuallaşdıra və müxtəlif modellər (məs. satış proqnozu) qura biləcəksiniz.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

2 March , 2023
10:00

Ofisdaxili təlimlər

2 March , 2023
10:00

Onlayn Avropa

2 March , 2023
10:00

Onlayn Amerika

2 March , 2023
10:00
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Excel çoxfunksiyalı analitik proqramdır, onun tətbiq sahəsi çox genişdir və demək olar ki, bütün böyük və kiçik biznes müəssisələri data analizi və hesabatların hazırlanmasında Exceldən istifadə edir. Təlim müddətində Excel üzrə if, index, match, choose adress, indirect, offsett, reference vəs tipli irəli səviyyə funksiyalar, VBA və Macrosların istifadəsi ilə avtomatlaşdırma texnikaları, Pivot cədvəllərin yaradılması və Histogram,Combo chart,Treemap,Heatmap, Waterfall kimi mürəkkəb qrafikləri və dashboardları hazırlamaq asan başa düşəcəyiniz tərzdə praktiki çalışmalar üzərində izah olunacaq. Əlavə olaraq təlimdə təqdim olunan keyzlər vasitəsilə, öyrəndiyiniz bilikləri müxtəlif biznes dataları üzərində tətbiq edərək Exceldə yüksək analitik qabiliyyətinizi inkişaf etdirəcəksiniz.

Bu təlim kimlər üçündür?

· “Excel Professional ilə data analitikası” təlimi orta və yüksək səviyyəli Excel istifadəçiləri;

· Exceldən mütəmadi istifadə edən işgüzar mütəxəssislər və biznes işçiləri;

· Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analitikasını öyrənən və bu sahələrlə əlaqəli olanlar;

· Mürəkkəb biznes məsələlərinə cavab axtaran və hesabat hazırlayanlar ;

· Biznes sahibləri, şirkəti daha yaxşı anlamaq istəyən satış, marketinq, maliyyə, mühasibatlıq, əməliyyatar, istehsal, tibb və ya digər istənilən sənaye sahəsində işləyən mütəxəssislər;

· Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz

Certificate
Nümayiş dərsi

null

Dərs

null

Təlimçi

null

Məlumat

null

Sillabus

Sessiya 1

- Məntiqi funksiyalardan istifadə edərək errorların təyin olunması və eyni anda çoxlu sayda şərtlərin tətbiq olunması (iferror,ifs, switch);
- Riyazi(round,floor,ceiling,sumifs) və Tarix(yearfrac,workday,networkdays) funksiyalarından istifadə edərək analiz etmək; 

-Index və Match funksiyalarının tətbiqi.

Case study

- Funksiyalarının Satış datası üzərində tətbiq olunması.

Sessiya 2

- İrəli səviyyə formatlaşdırma üsullarının tətbiqi;

- Mürəkkəb məntiqi və istinad funksiyalarının tətbiq olunması(indirect, offset, choose, address);

- Subtotal funksiyası haqqında məlumat.

Case study

- Kredit və Satış datasının analizi.

Sessiya 3

- Makroslarla tanışlıq. Makrosların rekord olunması;

- VBA haqqında məlumat. Visual Basic Editor-da kodların yazılması;

- VBA mesaj qutularının yaradılması (MsgBox).

Case study

- Dövriyyə balansı datası üzərində makrosların yazılması.

Sessiya 4

- Mürəkkəb qrafiklərin qurulması(Histogram,Combo chart,Treemap,Heatmap, Waterfall və.s );

- Pivot cədvəllərin tətbiqi;

- Mürəkkəb və dinamik dashboardların qurulması.

Case study

- İnsan Resursları datası əsasında dinamik dashboardların qurulması.

Təlimçilər

Sessiyalar

İyul Sessiyası

2 İyul, 2022
350 AZN 333 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN