Training image

Tableau ilə Data Analitikası Təlimi

Qərarvermədə datanın çox önəmli olduğu bir dövrdə datanıza hakim olmamaqla nələri itirə biləcəyinizi izah etmək heç də çətin deyil. Dünyaca məşhur "Gartner" reytinqində 5 il ardıcıl olaraq liderliyini əldə saxlayan, interaktiv vizual təsvirin "Qızıl Standartı" hesab edilən Tableau proqramını əhatə edən bu təlim dataya hakim olmaq, yəni onu "görmək" və "anlamaq" prinsiplərinə əsaslanır. Təlim proqramında sadəcə statik qrafik hazırlanması deyil, həm də datanızda gizli olan vacib məlumatı üzə çıxarmaq üçün lazımi interaktiv dashboardların hazırlanması nəzərdə tutulub.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

11 May , 2024
10:00

Ofisdaxili təlimlər

11 May , 2024
10:00

Onlayn Avropa

11 May , 2024
10:00 (GMT+4)

Onlayn Amerika

11 May , 2024
10:00 (GMT+4)
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Təlim iştirakçıların sadəcə adi rəqəm olaraq görünən datanı marketinq, satış, insan resursları, və s. şöbələrin siyasətlərini müəyyən edərkən yaranan “necə”, ”niyə”, “harada” kimi sualların cavabına, proseslərə nəzarət mexanizminə və ya daha dərin təhlillərə səbəb olan vizual təsvirlərə çevirmə bacarığına yiyələnmələrini hədəfləyib. Vizual təsvirlərin maraqlı nəticələri iştirakçıları daha dərin təhlillər aparmağa sövq etməklə onları daimi inkişafa ruhlandıracaq. Bu təlim həm hesabatlardan məsul şəxslər, həm data analitikası sahəsində özünü inkişaf etdirmək istəyənlər, həm də “Glassdoor”- a görə mütəxəssisinə illik 100.000 dollar gətir gətirən Tableau proqramını öz arsenalına əlavə etmək istəyən hər bir şəxs üçün nəzərdə tutulub.

Bu təlim kimlər üçündür?

· İndiyədək Tableau ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər;

· Tableau-da professional hesabatlar hazırlamaq istəyən SQL və Excel istifadəçiləri;

· Analitikanı öyrənmək istəyən proqramçılar:

· Data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri;

· Marketinq, satış və insan resursları üzrə çalışanlar;

· Data Analitiklər, Data Analtikasını , Biznes Menecerlər, Biznes Analitiklər, öyrənən və bu sahəyə marağı olanlar;

· Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs;

· Data Analitikası karyerası qurmaq istəyən hər kəs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

İki dəqiqədə Tableau

Dərs

Yeni başlayanlar üçün Tableau-nun əsasları

Təlimçi

Penguin Analytics

Məlumat

Bu daha uzun formatlı videoda, məlumat panelinə qoşulmaqdan, bir vizual qurmaqdan, onu bir panelə əlavə etməkdən, filtrlərdən istifadə etməkdən və ilk panel işlərinizi birləşdirməkdən ilk panelinizi qurmaq üçün lazım olan hər şeyi nəzərdən keçiririk. Bu təlimat, təcrübəsiz / yeni başlayan istifadəçilər üçün müxtəlif Cədvəl xüsusiyyətləri və texnikaları üzərində qurduğumuz bəzi inkişaf etmiş videolara keçmədən əvvəl bir təməl qurmağa kömək etmək üçün hazırlanmışdır.

Sillabus

Sessiya 1

- Tableau ilə ilkin tanışlıq;

- Datanın əlavə edilməsi;

- Cədvəllərin birləşdirilməsi;

- Dəyişənlərin növləri və onlardan istifadə qaydaları;

- Qrafiklərin hazırlanması - Bar, Pie chart, Donut Chart, Treemap.

Case Study

- Satış Analizi.

Sessiya 2

- Yeni dəyişənlərin yaradılması və onlar üzərində hesablamalar;

- “Level of Detail” hesablamaları;

- Area Chart, Waterfall, Histogram, Funnel chart kimi mürəkkəb qrafiklərin və Xəritələrin hazırlanması.

Case Study

- Viza Müraciətlərinin Təhlili.

Sessiya 3

- Qrupların yaradılması və onların tətbiqi ilə datanın sadələşdirilməsi;

- Sabit və Dinamik Setlərin yaradılması;

- Parametrlərin tətbiqi;

- Parametrlərin Setlərlə əlaqələndirilməsi;

- İki ölçülü və 3 ölçülü qrafiklərin yaradılması - Scatter plot və Bubbles.

Case Study

- Turbocar Avtomobil satışlarının təhlili.

Sessiya 4

- Dashboardlarla tanışlıq;

- Dashboardın sxeminin qurulması;

- Qrafiklərin inteqrasiyası;

- Datanın paylanmasının vizuallaşdırılması;

- Outlierlərin təyin olunması (Boxplot);

- Time Series analizi;

- Mürəkkəb dizayn üsulları.

Case Study

- Churn Analizi Dasboardının hazırlanması.

Sessiya 5

- Index,Index, Case, Lookup və s. istifadə etməklə mürəkkəb hesablamaların yaradılması;

- Bump və Dumbbell qrafikləri ilə dataların müqayisə edilməsi;

- Filter və Highlight Actionlarının tətbiq edilməsi.

Case Study

- Turizim datasının analizi.

Təlimçilər

Trainer

Minurə Hüseynli

Data Analitik, Elektron Hökumətin İnkişafı Mərkəzi

- Advanced Tableau, R, SPSS, SQL bilikləri ilə professional data analitik kimi 3 ildən artıq iş təcrübəsinə malikdir.
- Hal-hazırda Elektron Hökumətin İnkişafı Mərkəzində data analitik vəzifəsində çalışır.
- QSS Analytics şirkətində Data Analitika konsultantı olaraq çalışır
- Kənd Təsərrüfatı Nazirliyi və Beynəlxalq Miqrasiya İdarəsi (IMO)-də data analitikası üzrə məsləhətçidir.

Sessiyalar

İyul Sessiyası

25 İyul 2022
450 AZN 428 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN