Training image

R ilə Data Analitikası Təlimi

Datadan məna çıxarın! Proqnoz verin! Bu proqramda sizi həyəcanlandıracaq praktiki biliklər əldə edəcəksiniz! Təlim müddətində R proqramlaşdırma dilinin fundamental anlayışlarını mənimsədikdən sonra əldə etdiyiniz texniki bacarıqlarla çirkli datanın təmizlənməsi və təhlilini marketinq, maliyyə, biznes, səhiyyə və dövlət qurumlarında real iş mühitində qarşılaşılan problemlərə tətbiq edərək öyrənəcəksiniz.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

Onlayn təlimlər

27 April , 2024
10:00

Ofisdaxili təlimlər

27 April , 2024
10:00

Onlayn Avropa

27 April , 2024
10:00 (GMT+4)

Onlayn Amerika

27 April , 2024
27 April , 2024
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Bu təlim sizə analitik metodologiyaları sadə və praktiki şəkildə izah etdikdən sonra ən çox istifadə edilən analitik kitabxanaları öyrədəcək, qarışıq və başdöndürən datalarınızın R proqramlaşdırma dili ilə təmizlənməsi, təsviri, onlarla statistik, diaqnostik və analitik metodlardan SHİNY ilə təhlillərinizi applicationa çevirmə bacarıqlarına qədər qərar qəbul etmə sürətinizi artıracaq biliklər öyrənəcək və data elminə sürətli və maraqlı başlanğıc edəcəksiniz!

Bu təlim kimlər üçündür?

· Data Science öyrənməyə yeni başlayanlar;

· R proqramlaşdırma dili istifadə edərək data təhlili etmək istəyən şəxslər;

· Analitikanı öyrənmək istəyən proqramçılar və data mühəndisləri;

· Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar;

· Böyük həcmli datalarla işləmək istəyən şəxslər.

· Tədqiqatla məşğul olanlar;

· Data Elmi karyerasına başlamaq istəyən Tələbələr və mütəxəssislər.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst, digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

R Programming Təlimi

Dərs

Statistik Hesablamanın əsaslarını öyrənin

Təlimçi

freeCodeCamp.org

Məlumat

Bu təlim kursunda R proqramlaşdırma dilini öyrənin. Bu, məlumat elminin ən vacib vasitələrindən biri olan R statistik proqramlaşdırma dilinin praktiki icmalıdır.

Sillabus

Sessiya 1

- R ilə tanışlıq;

- R studio ilə tanışlıq;

- R dilində data tipləri;

- R dilində data strukturları (Vektor, Matris, Data Frame, List);

- Funksional Proqramlaşdırma;

- Şərt operatorları.

Case Study

- R dilində kodlaşdırma praktikası.

Sessiya 2

- “dplyr” kitabxanası ilə tanışlıq;

- “dplyr” ilə Data manipulyasiyası;

- Məlumatların qruplaşdırılması (Left, Right, İnner, Full join);

- “tidyr” və “tidyverse” irəli səviyyəli kitabxanaları ilə işləmək;

- Data formatları və Data transformasiyaları;

- R dili ilə müxtəlif Databazalarla işləmək (MS SQL Server, MySQL, Oracle).

Case Study

- Satış datasının analizə hazır vəziyyətə gətirilməsi .

Sessiya 3

- Niyə ggplot2?
- “ggplot2” kitabxanasında vizualizasiyaların ümumi konstruksiyası;
- “plotly” və “ggplot2” kitabxanaları ilə məlumatların vizuallaşdırılması;
- “ggstatplot” və “tidycharts” kitabxanaları ilə irəli səviyyə vizuallaşdırma.

Case Study

- Market datasının vizuallaşdırılması və analizi.

Sessiya 4

- ‘Data type’-ların konvertasiyası;
- Əksik dəyərlərin müxtəlif statistik üsullarla doldurulması;
- Outlier-ların təyini və aradan qaldırılması.

Case Study

- Real datanın təmizlənməsi.

Sessiya 5

- Shiny giriş;
- Shiny ilə tanışlıq;
- İstifadəçi interfeysi;
- Nəzarət widgetləri;
- Reactiv nəticələrin hazırlanması;
- Shiny kitabxanasıda cədvəllərdən istifadə;
- Reaktiv əməliyyatlardan istifadə.

Case Study

- Real data ilə müxtəlif dizaynlı veb tətbiqlərinin yaradılması.

Təlimçilər

Trainer

Turqut Abdullayev

Limitlərin idarə edilməsi şöbəsinin rəhbəri, Kapital Bank

Data sahəsində 5 ildən artıq təcrübəyə sahib olan təlimçimiz beynəlxaql dərəcədə "R Contributor" ünvanını alan ilk və tək azərbaycanlıdır. “fast.ai” kitabxanasını R proqramlaşdırma dilində ilk dəfə həmyerlimiz yaratmışdır və bu inteqrasiya kitabxananın qurucusu Ceremi Hovard tərəfindən də dəstəklənmişdir.
 

Çalışdığı digər qurumlar:

Access Bank, Data Science komandasının rəhbəri

Business Insight, Data Analitik
 

R, Python, HTML, SQL, Docker, CI: Github Actions, Git Markdown, Latex kimi proqram təminatları üzrə geniş biliyə sahibdir və müxtəlif konsaltinq şirkətlərində peşəkar data analitik vəzifəsində çalışmışdır. Xüsusilə, R proqramı vasitəsi ilə maşın öyrənməsi və süni intellektin incəliklərinə yiyələnmişdir və həmişə təlimlərində bu sahədə olan yeniliklərə yer verir. Sahə üzrə bir çox bloq yazıların da müəllifidir.

Sessiyalar

İyun Sessiyası

4 İyun, 2022
350 AZN 333 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitikası

Beginner to Intermediate
Advanced

Data Elmi

Beginner
Intermediate
Advanced
0 AZN